ABŞ-da neft kəməri tikintisinə etiraz edənlər həbs edilib

ABŞ-da neft kəməri tikintisinə etiraz edənlər həbs edilib
# 23 fevral 2017 01:24 (UTC +04:00)

ABŞ-ın Şimali Dakota ştatında neft kəməri tikintisinə etiraz edən 9 nəfər həbs edilib.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Şimali Dakota ştatının qubernatoru fevralın 22-də etirazçıların ərazidə saldığı düşərgənin bağlanacağını bəyan edib.

Buna baxmayaraq bəzi etirazçlılar düşərgəni tərk etməyəcəklərini deyiblər. Düşərgədə 300-dək etirazçının olduğu bildirilir.

Yerli hindu tayfaları və ekoloji təşkilatların nümayəndələri bir neçə aydır ki, “Dakota Access” neft kəmərinin çəkilməsinə etiraz edir. Etirazçılar neft kəmərinin yerli siu qəbiləsinin dini ayinlərinə və ştatın su təchizatına təhlükə törətdiyini iddia edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR