Tovuzda 70 yaşlı kişi yolda vəfat edib

Tovuzda 70 yaşlı kişi yolda vəfat edib
# 01 mart 2017 16:13 (UTC +04:00)

Tovuz sakini yolda vəfat edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Avaztəpə kəndində baş verib.

Kənd sakini, 70 yaşlı Zahid Cəlilov avtomobildən düşərək öskürməyə başlayıb və bir müddətdən sonra halı pisləşib. Z. Cəlilov Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub.

Məlumata görə, Z. Cəlilov ağ ciyər xəstəliyindən əziyyət çəkirmiş. Onun aptekə gedərkən dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR