BDU-nun “Jurnalistika” fakültəsinin müəllim-tələbə heyəti “Bilik günü” münasibətilə Zərdabinin məzarını ziyarət edib

BDU-nun “Jurnalistika” fakültəsinin müəllim-tələbə heyəti “Bilik günü” münasibətilə Zərdabinin məzarını ziyarət edib
# 15 sentyabr 2017 16:16 (UTC +04:00)

Bakı-APA. Bu gün “Bilik Günü” münasibətilə Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin professor-müəllim heyəti, tanınmış media nümayəndələri və fakültənin I kurs tələbələri Fəxri Xiyabanda Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər. Ziyarətdə “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, professor Cahangir Məmmədli, “Televiziya və radio jurnalistikası” kafedrasının müdiri professor Allahverdi Məmmədli, “Beynəlxalq jurnalistika” kafedrasının müdiri, professor Həmid Vəliyev, professor Qulu Məhərrəmli və tələbələr də iştirak ediblər.

Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev giriş sözü ilə çıxış edərək bildirib ki, BDU-nun Jurnalistika fakültəsi gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, Azərbaycanda ictimai-siyasi mühitin formalaşmasında, vətənpərvərliyin təbliğində, eləcə də Azərbaycanın dünyada tanıdılması işində əhəmiyyətli rol oynayıb.

Tədbir iştirakçılarından “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tələbələrə təhsil və yaradıcılıq sahəsində müvəffəqiyyət arzu ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR