Biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə komissiyanın iclası keçirilib

Biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə komissiyanın iclası keçirilib
# 09 fevral 2018 14:53 (UTC +04:00)

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair” Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə aidiyyəti dövlət qurumlarının və biznes inkubatorların idarəedicilərinin iştirakı ilə İqtisadiyyat Nazirliyində yaradılmış əlaqələndirici komissiyanın iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda biznes inkubatorların inkişafının dəstəklənməsi istiqamətində nəzərdə tutulan tədbirlərin icrası, ölkədə fəaliyyət göstərən biznes inkubatorları əhatə edən elektron məlumat bazasının yaradılması, onların qarşılıqlı fəaliyyətinin təşkili məsələləri üzrə müzakirələr aparılıb.

Müzakirələrin nəticəsi olaraq, müvafiq Tədbirlər Planının hazırlanması məqsədəuyğun hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR