FHN Hirkan Milli Parkında baş verən yanğınla bağlı məlumat yayıb

FHN Hirkan Milli Parkında baş verən yanğınla bağlı məlumat yayıb
# 28 iyul 2018 08:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Hirkan Milli Parkında baş verən yanğın barədə məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 27-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Yanğın nəticəsində parkın ərazisində 10 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.

Parkın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın səhər saatlarında söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR