Qubada atasını qətlə yetirən oğul saxlanılıb - YENİLƏNİB

Qubada atasını qətlə yetirən oğul saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 10 noyabr 2016 19:17 (UTC +04:00)

Quba sakininin oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.

APA-nın şimal bürosunun məlumatına görə, Sərxan Heydərov Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

**** 20.53

Qubada qətl hadisəsi baş verib. APA-nın şimal bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Quba şəhər sakini Siyavuş Heydərov bıçaqlanaraq qətlə yetirilib.

Ölən şəxsin meyiti Quba Şəhər Mərkəzi Xəstəxanasının morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR