® PAŞA Sığorta “B+” və “bbb-” reytinqləri ilə qiymətləndirilib

<font color=red>® </font>PAŞA Sığorta “B+” və “bbb-” reytinqləri ilə qiymətləndirilib
# 03 aprel 2018 13:00 (UTC +04:00)

A.M. Best Qlobal Sığorta Kredit Reytinqi və İnformasiya Xidmətləri Agentliyi “PAŞA Sığorta ASC”-nin kredit reytinqlərini yeniləyib.

Agentlik PAŞA Sığorta şirkətinin Maliyyə Dayanıqlığı Reytinqini “B+”, Uzunmüddətli Kredit Reytinqi isə “bbb-” olaraq dəyərləndirib.

PAŞA Sığorta Azərbaycanda bu agentlik tərəfindən reytinq almış yeganə sığorta şirkətidir. Reytinqlər PAŞA Sığortanın yüksək əməliyyat göstəricilərini, güclü kapital bazası və təkrarsığorta təminatına malik olmasını əks etdirir. İlk dəfə 2017ci ildə A.M. Best Qlobal Sığorta Kredit Reytinqi PAŞA Sığorta şirkətinin reytinqini dəyərləndirmişdir.

Həmçinin agentlik şirkətin 2012-2016ci il oktyabr ayının göstəricilərinə əsasən sığorta yığımlarına görə ölkənin ən böyük sığorta şirkəti olmasını, son beş ildə şirkətin anderraytinq portfelinin əhəmiyyətli dərəcədə böyüməsini (illik 18.8% artım), şirkətin güclü müştəri bazasına sahib olmasını nəzərə alaraq şirkətin güclü biznes profilinə sahib olduğunu açıqlayır.

A.M. Best Qlobal sığorta bazarında reytinq təminatı üzrə dünyaca ən məşhur şirkətlərdəndir.

Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR