Bakıda mənzildə 66 yaşlı kişinin meyiti tapılıb

Bakıda mənzildə 66 yaşlı kişinin meyiti tapılıb
# 25 yanvar 2017 20:52 (UTC +04:00)

Bakıda mənzildə 66 yaşlı kişinin meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1951-ci il təvəllüdlü Səfərov Rəşid Hüseyin oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR