Prezident İlham Əliyev Mərakeş kralını təbrik edib

Prezident İlham Əliyev Mərakeş kralını təbrik edib
# 28 iyul 2018 15:35 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş kralını ölkəsinin Milli bayramı-Taxt-Tac Günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, Kral Əlahəzrət VI Məhəmmədə ünvanlanan təbrik məktubunda deyilir:

"İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Mərakeş münasibətlərinin hərtərəfli inkişafı və daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR