“Sumqayıt” Vaqif Cavadovla vidalaşıb

“Sumqayıt” Vaqif Cavadovla vidalaşıb
# 27 dekabr 2016 12:56 (UTC +04:00)

“Sumqayıt” daha bir futbolçu ilə yollarını ayırıb. Bu barədə apasport.az saytına klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.

O bildirib ki, “gənclik şəhəri” təmsilçisi yarımmüdafiəçi Vaqif Cavadovla sağollaşıb: “Vaqiflə bu gün görüşdük, söhbətimiz oldu. Bundan əvvəl o, baş məşqçi Samir Abasovla danışmışdı. Müqavilədə yer alan bəndlərdən birinə əsasən, yollarımızı ayırmağı qərara aldıq. Vaqifin klubla mövsümün sonuna qədər sözləşməsi var idi. Lakin hər iki tərəfin razılığı ilə anlaşmaya bu gün xitam verildi”.

Qeyd edək ki, Vaqif Cavadov bu mövsüm Topaz Premyer Liqasında 13 oyun keçirib, 3 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR