Avropa İttifaqı Azərbaycanla dialoq və əməkdaşlığı genişləndirmək niyyətindədir

Avropa İttifaqı Azərbaycanla dialoq və əməkdaşlığı genişləndirmək niyyətindədir
# 30 yanvar 2017 12:54 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının qonşuluq və genişlənmə müzakirələri üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf istiqamətləri, Azərbaycanın "Şərq Tərəfdaşlığı" proqramında iştirakına dair ətraflı fikir mübadiləsi aparılıb, Azərbaycanın Aİ ilə müxtəlif sahələr üzrə faydalı əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

E. Məmmədyarov Avropa İttifaqı Şurası tərəfindən Azərbaycanla strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini təqdir edib və bu sazişin Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Baş direktor Kristian Danielson Avropa İttifaqının Azərbaycanla dialoq və əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.

Tərəflərin nümayəndə heyətlərinin tezliklə saziş layihəsi üzrə danışıqlara başlayacağı qeyd olunub.

Görüşdə Azərbaycan və Aİ arasında enerji sahəsində tərəfdaşlıq, TAP və TANAP layihələrinin icrası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR