Argentinada zəlzələ baş verib

Argentinada zəlzələ baş verib
# 12 dekabr 2016 04:56 (UTC +04:00)

Argentinada 5,4 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri San-Xuan şəhərindən 31 km cənubda, ocağı isə 40 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR