Beyləqan şəhərinin mərkəzində top mərmisi tapılıb

Beyləqan şəhərinin mərkəzində top mərmisi tapılıb
# 05 dekabr 2017 15:23 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan şəhəri ərazisində su kanalında 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 5-ci məhəllədə su kanalına baxış keçirilib, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilərək, zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR