Suriyada terrorçular silahdaşlarının olduğu avtobusu partladıblar, azı 17 nəfər ölüb

Suriyada terrorçular silahdaşlarının olduğu avtobusu partladıblar, azı 17 nəfər ölüb
# 14 oktyabr 2016 00:23 (UTC +04:00)

Bakı-APA. Suriyanın Türkiyə ilə həmsərhəd Azaaz şəhəri yaxınlığında İŞİD-i dəstəkləyən “Cunud əl-Əqsa” radikal qruplaşmanın üzləri “Cəbhə ən-Nüsrə” terror qruplaşmasına keçən silahdaşlarının olduğu avtobusu partladıblar. APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində azı 17 nəfər ölüb.

Qeyd edək ki, Suriyanın şimalında döyüşən “Cunud əl-Əqsa” iri radikal qruplaşması ötən bazar “Cəbhə ən-Nüsrə” qruplaşması ilə birləşib. Lakin, məlumatlara görə, qruplaşmanın bütün üzvləri rəhbərlərin bu qərarını dəstəkləməyib.

«“Cunud əl-Əqsa”-nın İŞİD-in tərkibində qalmaq istəyən üzvləri terror aktı törədərək, “Cəbhə ən-Nüsrə”yə qatılan silahdaşlarını öldürüblər», - deyə mənbə bildirib.

Türkiyə mətbuatı hadisə nəticəsində 20-dən çox şəxsin öldüyünü bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR