BMT-nin yeni seçilmiş baş katibi Moskvaya səfər edəcək

BMT-nin yeni seçilmiş baş katibi Moskvaya səfər edəcək
# 24 noyabr 2016 01:41 (UTC +04:00)

BMT-nin yeni seçilmiş baş katibi Antoniu Qutyerreş bu gün Moskvaya səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Səfər çərçivəsində A. Qutyerreş Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

“Rusiya dövlət başçısı ilə görüşdə beynəlxalq məsələlərdə BMT-nin mərkəzi əlaqələndirici rolunun gücləndirilməsi, təşkilatın terrorla mübarizədə fəaliyyətinin səmərəliliyinin artırılması və Suriyadakı vəziyyət müzakirə ediləcək. Rusiya XİN rəhbəri ilə danışıqlarda regional konfliktlərin həlli, BMT-nin səmərəliliyinin təkmilləşdirilməsi və islahatlar perspektivlərinə dair fikir mübadiləsi aparılacaq”, məlumatda deyilir.

BMT-nin yeni seçilmiş baş katibi, Portuqaliyanın keçmiş baş naziri Antoniu Qutyerreş səlahiyyətlərinin icrasına yanvarın 1-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR