"PAŞA Bank" kreditlər üzrə faiz dərəcələrini aşağı salıb

"PAŞA Bank" kreditlər üzrə faiz dərəcələrini aşağı salıb
# 01 may 2018 08:58 (UTC +04:00)

'Mərkəzi Bankın uçot dərəcəsini azaltması bazarın əsas iştirakçılarından olan "PAŞA Bank"ın kreditlər və depozitlər üzrə faiz dərəcələrinə də təsir etdi".

APA-Economics" xəbər verir ki, bunu Paşa Bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, "PAŞA Bank" da faiz dərəcələrini aşağı salıb. "Ümumilikdə, bu yaxşı tendensiyadır. Faiz dərəcələrinin aşağı düşməsinin digər səbəbi bank sektorunda qeyri-nağd əməliyyatların artması olub. Kreditlər üzrə faiz dərəcəsi 18-20 faizdən 14-16 faizə, depozitlər üzrə isə 12 faizdən 7-8 faizə enib".

T. Kazımov əlavə edib ki, növbəti üç illik strategiyada bankın xarici banklara investisiya planları yoxdur: "Bank olaraq fəaliyyətimizi üç əsas ölkədə gücləndirib genişləndirməyi düşünürük. Hələ ki strategiyamızda başqa ölkələrə investisiya planı yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR