Azərbaycan və Boliviya diplomatik, xidməti pasportlara sahib şəxsləri vizadan azad etməyə razılaşıb

Azərbaycan və Boliviya diplomatik, xidməti pasportlara sahib şəxsləri vizadan azad etməyə razılaşıb
# 18 avqust 2017 11:19 (UTC +04:00)

Azərbaycanla Boliviya arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi barəsində saziş imzalanıb.

APA-nın məlumatına görə, sazişə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Bakıda səfərdə olan Boliviya xarici işlər naziri Fernando Uanakuni Mamani imza atıb.

Qeyd edək ki, Boliviya xarici siyasət idarəsi rəhbərinin Azərbaycana səfəri çərçivəsində iki ölkə xarici işlər nazirləri arasında təkbətək və geniş tərkibli görüş keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR