Paşha Bank
Bank Of Baku

Nazirlik: Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edir

Erkin Rəhimov

© APA | Erkin Rəhimov

# 16 dekabr 2021 12:07 (UTC +04:00)

“2016-2020-ci illərdə apardığımız elmi tədqiqatda biz uşaqları Türkiyənin 2008-ci il və ÜST-nin 2012-2013-cü illərinə aid olan cədvəlləri ilə müqayisə etdik. Elmi tədqiqatlarımızın nəticələrinə görə, xüsusən 5-6 yaşa qədər olan uşaqlarda həm çəki nisbətən artıq, həm də bədən kütlə indeksi daha yüksək idi”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov deyib.

O bildirib ki, burada çox faktorlar, məsələn, düzgün olmayan qidalanma, oturaq həyat tərzi və s. ola bilər: "Elmi tədqiqatın nəticələri bizi narahat edir, çünki piylənmə son illərdə dünyada davam edən ən böyük problemlərdən biridir. Cədvəllərdə ən alt və ən üst norma var və bu göstəricilərin daxilində olan uşaqlar normal hesab olunur. Eyni zamanda, uşaqlarda biz standart çəki vahidi qəbul etmirik, çünki ola bilər ki, uşaq alt normanın göstəricisinə yaxındır, amma davamlı inkişafı eyni tendesiyada gedir. O zaman bu çəki onun üçün normal qəbul edilir. Eyni şəkildə biz uşağın ata-anasının boyunu bildiyimiz zaman onun yaşına uyğun inkişafını qiymətləndirə bilirik. Belə ki, qız uşağının sağlam şəkildə böyüməsini müyyənləşdirmək üçün biz onun valideynlərinin boylarını toplayırıq, alınan rəqəmdən 13 santimetr çıxırıq və ikiyə bölürük. Oğlan uşağı üçün isə bu göstəricinin üstünə 13 santimetr gəlirik və ikiyə bölürük. Beləliklə, uşağın genetik potensialına görə hədəf boyunu hesablayırıq. Əgər indiki boy göstəricisi ilə gözlənilən boy bir-birinə uyğun gəlmirsə, o zaman boy inkişafının geridə qaldığı söylənilə bilər.

Həkim qeyd edib ki, boy artımı ən çox ana bətnində baş verir: “Daha sonra boyun sürətlə artması iki yaşa qədər, xüsusən ilk 6 ayda baş verir. Və nəhayət, yeniyetmə dövründə boy artımı çox sürətlə gedir. Sümüklərin uzunluğu böyümə plastinalari – sümüyün epifiz adlanan sahələri hesabına böyüyür. Böyümə zonaları yoxa çıxdıqdan sonra insanın boyu daha artmır. Qızlarda boy artımı 14-15 yaşına, oğlanlarda isə 15-16 yaşına qədər davam edir. Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR