Kosta Rikanın Azərbaycanda səfirliyinin açılışı olub

Kosta Rikanın Azərbaycanda səfirliyinin açılışı olub
# 29 noyabr 2017 13:20 (UTC +04:00)

Bu gün Bakıda Kosta Rikanın Azərbaycandakı səfirliyinin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, açılışda Kosta Rikanın xarici işlər naziri Manuel Qonsales Sans və xarici işlər nazirinin müavini Nadir Hüseynov iştirak edib.

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər də tədbirə qatılıb.

Səfirliyin açılış mərasimindən sonra jurnalistlərə açıqlama verən Kosta Rikanın xarici işlər naziri Manuel Qonsales Sans Azərbaycana nazir kimi 3-cü dəfə səfər etdiyini deyib: "Bakıda yenidən olmaqdan çox məmnunam. Bu gün mənim ölkəm üçün çox vacib gündür, Bakıda səfirliyimiz açıldı. Bu, dostluğumuzun çox gözəl təzahürüdür".

Nazir yeni səfirin təyinatı məsələsinə də toxunub: "Səfirin təyinatı məsələsini gözləyirik. Hələlik müvəqqəti işlər vəkili ilə davam edəcəyik. Ümid edirəm ki, səfir gələn il ərzində təyin olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR