Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB

Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb, 9 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 12 aprel 2018 19:33 (UTC +04:00)

Bərdədə yanan mikroavtobusun sürücüsü və xəsarət alan fəhlələrin kimliyi məlum olub. APA-nın yerli müxbirinin xəbərinə görə, 1981-ci il təvəllüdlü Anar Nəbiyevin idarə etdiyi “RAF” markalı 66 BC 806 qeydiyyat nişanlı mikroavtobus yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın zamanı xəsarət alan 58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna, 40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Elnur Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

**** 21.26

Bərdədə yanan mikroavtobusun sürücüsü məlum olub. APA-nın yerli müxbirinin xəbərinə görə, 1981-ci il təvəllüdlü Anar Nəbiyevin idarə etdiyi “RAF” markalı 66 BC 806 qeydiyyat nişanlı mikroavtobus yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın zamanı xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda hadisə nəticəsində xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

*****19.51

Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib.

Məlumata görə, 66-ZC-806 dövlət nömrə nişanlı “Mercedes” markalı mikroavtobusda hərəkət zamanı yanğın baş verib.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR