Şəmkirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Şəmkirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
# 06 mart 2017 11:44 (UTC +04:00)

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. “Ford” və “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində bir kişi, iki qadın müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan 1940-cı il təvəllüdlü Elşad Kərimovun vəziyyəti ağır, qadınların vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR