Bahar Muradova İCAPP qadınlar qolunun Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib

Bahar Muradova İCAPP qadınlar qolunun Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib
# 03 sentyabr 2015 14:41 (UTC +04:00)

MM-dən APA-ya verilən məlumata görə, B. Muradova İCAPP-ın qadınlar qolunun yaradılmasının önəmli olduğunu bildirib. O deyib ki, Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası təşkilatda öz layiqli yerini tutur və qarşıya qoyulan hədəfləri dəstəkləyir.

B. Muradova İCAPP qadınlar qolunun toplantısında qadınlar arasında yoxsulluğun aradan qaldırılması, onların sağlamlığı, təhsili, siyasi iştirakçılığı ilə bağlı mühüm məsələlərin müzakirə edildiyini söyləyib və bu məsələlərin həllində qadınların ictimai təmsilçilik hüququnun tanınmasının əhəmiyyətini vurğulayıb. O, təşkilatın qadınlar qolunun məhz Bakıda təsis edildiyini xatırladaraq, Azərbaycan tərəfinin qurumun tədbirlərinə ev sahibliyi etməyə hər zaman hazır olduğunu nəzərə çatdırıb.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının qadınlar qolunun baş katibi Çunq Ei-yonq Azərbaycan dövləti tərəfindən göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR