Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb
# 05 iyun 2018 10:14 (UTC +04:00)

Ötən ay Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin içərisində Azərbaycan vətəndaşları ikinci olub.

APA-nın yerli bürosunun Gürcüstanın Milli Turizm Administrasiyasına istinadən verdiyi xəbərə görə, may ayında Azərbaycandan qonşu ölkəyə 102 845 nəfər səfər edib. Bu, ötən ilin analoji göstəricisindən 7,4% çoxdur.

Ötən ay Gürcüstana Azərbaycanla yanaşı, ən çox Rusiya (112 386 nəfər), Ermənistan (85 394 nəfər) və Türkiyə (83 257 nəfər) vətəndaşları səfər edib. Yanvar-may aylarında Gürcüstana ümumilikdə 485 733 nəfər Azərbaycan vətəndaşı gedib. Ötən ilin eyni göstəricisi ilə müqayisədə qonşu ölkəyə Azərbaycandan səfər edənlərin sayında 10,7% artım qeydə alınıb.

May ayında Gürcüstana ümumilikdə 633 086 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 7,8% çoxdur. Əcnəbi ziyarətçilərin 359 744 nəfəri turist (+16,1%) olub.

Yanvar-may aylarında isə ölkəyə 2 834 576 nəfər əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 13,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR