Əbülfəs Qarayev Bolqarıstan səfiri ilə görüşüb

Əbülfəs Qarayev Bolqarıstan səfiri ilə görüşüb
# 19 oktyabr 2017 13:58 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bolqarıstanın Azərbaycandakı səfiri Maya Hristovanı qəbul edib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə mədəniyyət və turizm sahələri üzrə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparılıb və bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi zərurəti vurğulanıb.

Görüşdə Bolqarıstan prezidenti Rumen Radevin ölkəmizə səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə aparılan danışıqların nəticəsi olaraq ölkə rəhbərliyinin müvafiq tapşırıqlarının icrasına dair fikir mübadiləsi aparılıb.

2018-ci ilin 16 yanvar tarixindən etibarən Bakıdan Sofiya şəhərinə birbaşa reyslərin açılacağını nəzərə alaraq, Azərbaycanın Bolqarıstanda və Bolqarıstanın turizm potensialının Azərbaycanda təbliği məqsədilə fəaliyyətin genişləndirilməsi müzakirə olunub.

Nazir Əbülfəs Qarayev bu istiqamətdə Bolqarıstanın Azərbaycandakı səfirliyi və adıçəkilən ölkənin Turizm Nazirliyi ilə əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR