Azərbaycan çempionu olan qızı avtomobillə vurub öldürən şəxsə hökm oxunub - YENİLƏNİB

Azərbaycan çempionu olan qızı avtomobillə vurub öldürən şəxsə hökm oxunub - <span style="color: red;">YENİLƏNİB
# 20 noyabr 2017 10:00 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ə. Məmmədovun cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.

Prokuror Ə. Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ə. Məmmədovun vəkili müdafiə çıxışı edib. Daha sonra son sözlə çıxış edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib.

Hakimlər hökm elan etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, Ə. Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

***

12:21

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Ə. Məmmədov elan olunan ittiham üzrə özünü təqsirli bilib.

Prosesdə zərərçəkənin hüquqi varisi və şahidlər ifadə veib.

Proses davam edir.

Qeyd edək ki, hadisə bu il iyunun 28-də baş verib. Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla, yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

R. Məmmədova dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə Azərbaycan çempionu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR