ARDNF-nin vəsaiti hesabına xaricdə təhsil alan tələbələrin sayı açıqlanıb

ARDNF-nin vəsaiti hesabına xaricdə təhsil alan tələbələrin sayı açıqlanıb
# 07 mart 2017 07:47 (UTC +04:00)

2016-cı ildə Təhsil Nazirliyinin sifarişlərinə əsasən ARDNF-dən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi məqsədilə ayrılmış 31,6 mln. manat vəsaitin 15,5 mln. manatı yaşayış, 13,9 mln. manatı təhsil, təqribən 0,9 mln. manatı yol, 0,5 mln. manatı tibbi sığorta, 0,8 mln. manatı viza, qeydiyyat və digər xərclərin ödənilməsinə yönəldilib.

"APA-Economics" Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir ki, 2008-2016-cı illər ərzində ARDNF tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 188,4 mln. manat məbləğində vəsait ayrılıb.

31 dekabr 2016-cı il tarixinə ARDNF-nin vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 3 302 nəfər təşkil edir.

“2016-cı ildən etibarən dövlət proqramına qəbul dayandırıldığından, 2016-cı ildə Fond tərəfindən ayrılmış vəsait yalnız proqram çərçivəsində təhsilini davam etdirən tələbələrin təhsili ilə bağlı xərcləri əhatə edir”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR