Bakıda Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası tərəfindən qala-konsert keçirilib

Bakıda Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası tərəfindən qala-konsert keçirilib
# 31 mart 2018 08:44 (UTC +04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası tərəfindən qala-konsert keçirilib.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, ilk dəfə keçirilən qala konsert Qazaxıstanın paytaxtı Astana şəhərinin 20 illiyinə həsr olunub.

Tədbirdə hökumət üzvləri, Azərbaycan respublikasının deputatları, xarici diplomatik nümayəndəliklərin rəhbərləri və işçiləri, Azərbaycan universitetlərinin rəhbər və tələbələri, yaradıcılıq nümayəndələri, ziyalılar, ictimaiyyət, Azərbaycanın aparıcı kütləvi informasiya vasitələri, eləcə də Qazaxıstanın Azərbaycanda yaşayan vətəndaşları iştirak edib.

Konsert açılışında iştirak edən Qazaxıstanın Azərbaycandakı səfiri Beybit Isabəyov bu konsertin iki ölkə arasında mədəni əlaqələrin daha da gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb və qeyd edib ki, prezident Nursultan Nazarbayevin 2017-ci ilin aprelində Azərbaycana səfəri zamanı konsertin baş tutması ilə bağlı iki ölkə liderləri arasında razılıq əldə olunmuşdu.

Bundan başqa, o qeyd edib ki, Astanın 20 iliyinə həsr edilmiş bu konsert Azərbaycan auditoriyasına Qazaxıstanın balet incəsənəti ilə tanış olmaq üçün möhtəşəm imkan verəcək.

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva də öz növbəsində bu mədəni hadisənin qardaş ölkələr arasındakı mədəni əlaqələrin gücləndirilməsi və gələcək inkişafına əlavə təkan verəcəyinə diqqət çəkib.

Səhnədə Qazaxıstanın klassik balet irsi, müasir, Qazaxıstan və Neo-Qazaxıstan yerli və xarici xoreoqrafların istehsalında xoreoqrafiya nümunələri nümayiş edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR