Berlində “Normand dördlüyü” liderlərinin görüşü başa çatıb

Berlində “Normand dördlüyü” liderlərinin görüşü başa çatıb
# 19 oktyabr 2016 23:39 (UTC +04:00)

Bakı-APA. Berlində “Normand dördlüyü” liderlərinin görüşü başa çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlar 5 saatdan çox davam edib.

Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Anqela Merkel, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında görüş “bağlı qapılar” arxasında keçirilib.

Qeyd edək ki, “Normand dördlüyü"nün Ukraynada münaqişənin nizamlanması üzrə ilk görüşü 2014-cü ilin iyununda Fransada baş tutub. 17 saat davam edən ikinci görüş 2015-ci ilin fevralında Minskdə, həmin ilin oktyabrında baş tutan üçüncü görüş isə Parisdə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR