Gəncədə avtomobillərdən oğurluq edən şəxslər tutulub

Gəncədə avtomobillərdən oğurluq edən şəxslər tutulub
# 31 mart 2017 09:14 (UTC +04:00)

Gəncə şəhərində avtomobillərdən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-dən martın 10-dək olan müddətdə Gəncə şəhəri ərazisində 13 avtomobildən pul, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüqar Hamzəyev və İlkin Bünyadov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR