Ağdamda qonşular arasında kütləvi dava olub, xəsarət alanlar var - FOTOSESSİYA

Ağdamda qonşular arasında kütləvi dava olub, xəsarət alanlar var - <span style="color: red;">FOTOSESSİYA
# 21 mart 2018 09:17 (UTC +04:00)

Ağdamda qonşular arasında kütləvi dava olub.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə 4 Yol qəsəbəsində torpaq sahəsi üstündə baş verib.

Ramiz Nəsibov qonşusu Məmmədov Rəşadətlə arasında qalan torpaq sahəsini hasara almaq istəyərkən dava düşüb. Dava zamanı səs-küyə gələn ailə üzvləri 2002-ci il təvəllüdlü Məmmədov Kamil Qabil oğlu, 1998-ci il təvəllüdlü Abdullayev Elmir Teymur oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Xaliq Ziyəddin oğlu, 1945-ci il təvəllüdlü Məmmədov İmran oğlu və ev sahibi Rəşadət Məmmədov Ramiz Nəsibov və qardaşları tərəfindən döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR