Nigeriyada bir neçə partlayış törədilib, ölən və yaralananlar var

Nigeriyada bir neçə partlayış törədilib, ölən və yaralananlar var
# 23 mart 2017 01:26 (UTC +04:00)

Nigeriyanın Borno ştatında terrorçu-kamikadzelər tərəfindən törədilən partlayışlar nəticəsində azı 4 nəfər ölüb, 18 nəfər yaralanıb.

APA-nın «Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadzelərdən ikisi özlərini məcburi qaçqınlar üçün düşərgədə partladıb. Digər terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu Borno ştatının paytaxtı Mayduquri şəhərində işə salıb.

Hücuma görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməsə də, hadisənin “Boko Haram” terrorçu qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.

Qeyd edək ki, "Boko Haram" qruplaşması 2009-cü ildən indiyədək 20 000 mülki şəxsin ölümünə səbəb olub. “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR