Azərbaycanda ictimai iaşə dövriyyəsi 5% artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 5% artıb
# 14 iyul 2018 11:39 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,8% artaraq 652,3 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,8%-i hüquqi şəxs statuslu müəssisələrin, 59,2%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4,4% artaraq 262,8 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR