Türkiyədə təkrar parlament seçkiləri noyabrın 1-də keçiriləcək

Türkiyədə təkrar parlament seçkiləri noyabrın 1-də keçiriləcək
# 21 avqust 2015 13:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Türkiyədə təkrar parlament seçkiləri noyabrın 1-də keçiriləcək. APA-nın məlumatın görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, erkən seçkilər 45 gündən sonra baş tutacaq. Prezident seçkilərin təhlükəsiz keçirilməsi ilə bağlı tədbirlərin görüldüyünü də qeyd edib.

Qeyd edək ki, 7 iyunda keçirilmiş seçkidə 13 ildən bəri iqtidarda olan AKP təkbaşına hökumət quraraq Məclisdən etimad almaq üçün lazım olan 276 mandatı qazana bilməyib. Prezident Ərdoğan yeni hökuməti qurması üçün 9 iyulda AKP lideri Əhməd Davudoğluna səlahiyyət verib. AKP ilə ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında koalisiya qurmaq istiqamətində danışılar uğursuz olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR