Tovuzda oğurluq faktının üstü açılıb

Tovuzda oğurluq faktının üstü açılıb
# 21 yanvar 2017 15:50 (UTC +04:00)

Tovuzda oğurluq faktının üstü açılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Vahidli kəndində Nüsrət Abdullayevə məxsus mənzildə qeydə alınıb. Naməlum şəxs mənzilə daxil olaraq oradan 1100 manat pul aparıb. Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq edən Abulbəyli kənd sakini, 32 yaşlı Zakir Aşırov saxlanılıb. Z. Aşırov götürdüyü pulun 400 manatını polisə təhvil versə də, qalan məbləğini borclarına verdiyini deyib.

Fakta bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR