"Qafqaz İnkişaf Bankı" I yarımilliyi 3,4 mln. manatlıq mənfəətlə başa vurub

"Qafqaz İnkişaf Bankı" I yarımilliyi 3,4 mln. manatlıq mənfəətlə başa vurub
# 22 iyul 2015 08:15 (UTC +04:00)

Bakı - APA-Economics. "Qafqaz İnkişaf Bankı" 2015-ci ilin iyul ayının 1-ə aktivlərini 18,02% artıraraq 156,955 mln. manata çatdırıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bankın kredit portfeli 17,63% artaraq 138,152 mln. manat təşkil edib.

Cari ilin I yarısında bankın depozit portfeli 10,32% artaraq 8,785 mln. manata çatıb.

İyulun 1-ə "Qafqaz İnkişaf Bankı"nın məcmu kapitalı 9,47% artaraq 66 mln. 672,59 min manat, nizamnamə kapitalı isə 6,62% artaraq 57 mln. manat olub.

Bank 2015-ci ilin I yarısını 3 mln. 428,3 manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR