Avropa Azərbaycan Məktəbində həmrəylik günü münasibətilə tədbir keçirilib

Avropa Azərbaycan Məktəbində həmrəylik günü münasibətilə tədbir keçirilib
# 23 dekabr 2019 12:02 (UTC +04:00)

Avropa Azərbaycan Məktəbində Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə konsert-müsabiqə keçirilib.

APA-nın xəbərinə görə, “İstedad sorağında” layihəsi əsasında hazırlanmış konsertdə məktəbin şagirdləri öz istedadlarını nümayiş etdiriblər. IX sinif şagirdlərinin biznes layihəsi olan tədbirin təşkilatçıları şagirdlərin özləri olub. Valideynlərin də qatıldığı tədbir böyük coşqu ilə qarşılanıb.

Məktəbin müəllimləri və şagirdlərdən ibarət münsiflər heyəti müxtəlif musiqi nömrələri ilə çıxış edən şagirdlərə müvafiq ballar verərək sonda qalibləri müəyyən edib.

Azərbaycan ifaçılıq sənətində xüsusi rolu olan, Azərbaycan Respublikasının xalq artisti İlqar Muradovun da öz əsrarəngiz ifası ilə şagirdlərin xoş məramına qoşulması tədbirə xüsusi rəng qatıb.

Tədbirin özəlliklərindən biri də xeyriyyə məqsədi daşıması olub. Belə ki, şagird, valideyn, müəllim və qonaqların yardımı ilə toplanılmış 600 manatdan artıq vəsait yeni il ərəfəsində kimsəsiz uşaqların arzularının gerçəkləşdirilməsinə sərf ediləcək.

Tədbirin sonunda müsabiqənin qalibləri sertifikat və hədiyyələrlə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR