Bakıda avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilas edilib

Bakıda avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilas edilib
# 01 fevral 2017 06:48 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda “Nissan” markalı minik avtomobilin yol kənarında olan beton səkiyə çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış vətəndaşı deformasiyaya uğramış avtomobildən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:35-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR