“Qəbələ” keçmiş qapıçısını geri qaytarıb

“Qəbələ” keçmiş qapıçısını geri qaytarıb
# 28 iyul 2015 18:18 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 27 yaşlı qapıçı artıq UEFA Avropa Liqası III tur oyunu üçün iştirak ərizəsinə də salınıb.

Polşalı futbolçu daha əvvəl 2013/14 mövsümündə də əyalət klubunun qapısını qorumuşdu. O, həmin dövrdə “qırmızı-qaralar”ın heyətində 10 oyunda meydana çıxmağa imkan tapıb.

Pietrzkeviçin Azərbaycandakı karyerası bununla yekunlaşmır. Polşalı “dəri əlcək ustası” “Qəbələ”dən qabaq da “Simurq”un şərəfini qorumuş və “sehirli quşlar”la milli çempionatda 28 oyunda meydana çıxmağa imkan tapmışdı.

Qeyd edək ki, yeni qapıçı “Qəbələ”də 33 nömrəli forma ilə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR