“Bayer” tarixində ikinci dəfə Almaniya Kubokunu qazanıb

“Bayer” tarixində ikinci dəfə Almaniya Kubokunu qazanıb
# 26 may 2024 00:26 (UTC +04:00)

Almaniya kubokunun finalında “Bayer” “Kayzerslautern”la qarşılaşıb.

APA xəbər verir ki, görüş Berlindəki Olimpiya Stadionunda baş tutub.

Oyunda yeganə qolu matçın 16-cı dəqiqəsində Qranit Caka vurub.

Bununla da “Bayer” tarixində ikinci dəfə Almaniya Kubokunu qazanıb.

2023/24 mövsümündə “Bayer” bütün turnirlərdə yalnız bir məğlubiyyət alıb.

Komanda ardıcıl 51 matç məğlub olmayıb.

“Bayer”in məğlubiyyətsizlik seriyasına Avropa Liqasının finalında İtaliyanın “Atalanta” klubuna 0:3 hesabı ilə məğlub olmaqla son qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR