Büdcə təşkilatları elektrik enerjisindən istifadəni 4% artırıb

Büdcə təşkilatları elektrik enerjisindən istifadəni 4% artırıb
# 16 may 2018 13:51 (UTC +04:00)

Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istehlak edilən elektrik, istilik enerjisinin, həmçinin təbii qazdan istifadə həcmləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-mart aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 353,9 mln. kVt saat elektrik və 109,2 min Qkal istilik enerjisindən, 52,5 mln. kubmetr təbii qazdan istifadə edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 4%, istilik enerjisindən 30,6% çox istifadə edilib, təbii qazdan istifadə isə 4,2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR