Bakıda balıqçıdan 4 kq narkotik götürülüb

Bakıda balıqçıdan 4 kq narkotik götürülüb
# 01 aprel 2017 08:31 (UTC +04:00)

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Pirallahı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1961-ci il təvəllüdlü Elxan Şərifovdan 3 kiloqram marixuana və 1 kiloqram heroin götürülüb.

E. Şərifov əvvəllər məhkumluq həyatı yaşayıb, hazırda balıqçılıqla məşğul olurmuş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR