Azərbaycan Turizm Assosiasiyasının gəlmə turizm komitəsinə yeni rəhbər seçilib

Azərbaycan Turizm Assosiasiyasının gəlmə turizm komitəsinə yeni rəhbər seçilib
# 30 mart 2018 15:20 (UTC +04:00)

Azərbaycan Turizm Assosiasiyasının gəlmə turizm komitəsinin növbəti iclası keçirilib.

Azərbaycan Turizm Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, iclasın gündəliyinə komitənin yeni rəhbərinin seçilməsi məsələsi daxil edilib.

Komitə üzvlərinin səsverməsi nəticəsində, gəlmə turizm komitəsinin yeni rəhbəri Nəsib Usubov seçilib. Komitə rəhbərləri Assosiasiyanın daxili prosedurlarına uyğun olaraq, bir il müddətinə seçilir.

Qeyd edək ki, bundan öncə həmin komitəyə rəhbərliyi Murad Kərəmov edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR