Gürcüstan bu il Azərbaycana 23 mln. dollara yaxın dərman ixrac edib

Gürcüstan bu il Azərbaycana 23 mln. dollara yaxın dərman ixrac edib
# 28 noyabr 2019 12:22 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 22 890,6 min ABŞ dolları dəyərində 607 ton dərman ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Hesabat dövründə Gürcüstanın dərman ixracı ümumilikdə 23,7% artaraq 148 972,5 min dollar təşkil edib və bu, ölkənin ümumi ixracının 4,9%-ni təşkil edib.

Hesabat dövrü ərzində Azərbaycana dərman ixracı ümumi dərman ixracının 15,4%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR