Xaçmaz mərkəzi bazarında yanğın olub, 4 mağaza yanıb

Xaçmaz mərkəzi bazarında yanğın olub, 4 mağaza yanıb
# 23 iyul 2017 07:26 (UTC +04:00)

Bu gün səhər saatlarında Xaçmaz şəhərində Mərkəzi bazarın qarşısında vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 242 m2 olan 4 mağazanın yanar konstruksiyaları 170 m2 sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bitişik mağazalar və bazar yanğından mühafizə olunub.

Yanğın saat 07:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR