Bosniya və Herseqovina baş nazirinin müavini: "TAP bizim üçün vacib layihədir"

Bosniya və Herseqovina baş nazirinin müavini: "TAP bizim üçün vacib layihədir"
# 15 mart 2018 10:02 (UTC +04:00)

"Azərbaycan və Bosniya-Herseqovina arasında dostluq əlaqələri mövcuddur".

Bunu Bosniya və Herseqovina baş nazirinin müavini, xarici ticari-iqtisadi münasibətlər naziri Mirko Saroviç APA-ya açıqlamasında deyib.

İqtisadi əlaqələrin yaxşı davam edən siyasi əlaqələrdən zəif olduğunu söyləyən M. Saroviç bildirib ki, iki ölkə arasında investisiya sahəsində əlaqələrə yenidən baxılması nəzərdə tutulub: "2018-ci ildə Azərbaycan prezidentinin ölkəmizə səfəri gözlənilir. Bu il iki ölkə arasında ikitərəfli sazişlərin imzalanması planlaşdırılır. İmzalanacaq sazişlər ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirəcək. Ölkəmiz TAP layihəsinə də qoşulub. Layihə ilə bağlı son iki konfransda iştirak etmişik və ölkəmizdə mühüm qərarlar qəbul etmişik. Bu layihə bizim üçün vacibdir. Bundan başqa, Bakı-Tbilisi-Qars layihəsinin də mühüm layihə olduğunu deyə bilərəm. Bu dəmir yoluna Serbiya vasitəsilə qoşulmuşuq".

M. Saroviç Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzuladığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR