BP "Şahdəniz" yatağında qaz hasilatını bərpa edib

BP "Şahdəniz" yatağında qaz hasilatını bərpa edib
# 24 avqust 2015 09:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dünən axşam BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz kondensatı yatağında qazın hasilatını bərpa edib.

"APA-Economics" xəbər verir ki, bu barədə “Reuters” agentliyinə açıqlamasında “BP-Azerbaijan” şirkətinin mətbuat katibi Tamam Bayatlı bildirib.

Xatırladaq ki, bu yataqda qaz hasilatı avqustun 2-də platformada aparılan profilaktik işlərlə bağlı dayandırılmışdı.

“Biz ötən gecə “Şahdəniz” yatağındakı platformadan qaz hasilatını bərpa etdik. Onun tam gücü ilə işlənilməsi prosesi mərhələli şəkildə həyata keçiriləcək, deyə, T. Bayatlı bildirib.

O qeyd edib ki, bütün görüləcək işlərin proqramı uğurla həyata keçirilib: “Profilaktik işlər nəzərdə tutulmuş vaxtdan daha tez yekunlaşdırılıb. Həmçinin, sınaq prosesi də uğurla baş tutub ki, bundan sonra qazın hasilatı bərpa edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR