Mosulda İŞİD-in hərbi polisinin rəhbəri məhv edilib

Mosulda İŞİD-in hərbi polisinin rəhbəri məhv edilib
# 16 fevral 2017 00:19 (UTC +04:00)

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ başçılığı ilə beynəlxalq koalisiya qüvvələrinin hərbi təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində İŞİD-in Mosuldakı hərbi polisinin rəhbəri İsmayıl Əl-Hədidi məhv edilib.

Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatına keçən il oktyabrın 17-də başlanıb. İndiyə qədər Mosulun şərq hissəsi terrorçulardan təmizlənsə də, şəhərin qərb hissəsi terrorçuların nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR