Axtarışda olan 496 nəfər sərhəddə saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib

Axtarışda olan 496 nəfər sərhəddə saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib
# 11 sentyabr 2017 08:55 (UTC +04:00)

2017-ci ilin avqust ayı ərzində ərzində dövlət sərhədini pozduqlarına görə 47 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, saxlanılanlarıən 26 nəfəri Azərbaycan, 8 nəfəri Özbəkistan, 5 nəfəri Rusiya, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Tacikistan, 2 nəfəri Bolqarıstan, 1 nəfəri Gürcüstan vətəndaşıdır.

Sərhəd rejim qaydalarını pozarkən 1343 halda 1702 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüv.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 496 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 2 kq 139,7 qram narkotik maddə aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 231 min 509 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd naqan tapançası, 2 ədəd siqnal tapança, 3 ədəd mina TM, 29 170 ABŞ dolları, 20 750 Rusiya rublu, 35 000 ədəd zəli, 3 ədəd qayıq, 890 qutu pirotexniki vasitə, 22 270 qutu siqaret, 14 ədəd mobil telefon, 380 ədəd müxtəlif növ dərman prepa­ratları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR