Trampla Merkel Ukrayna və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

Trampla Merkel Ukrayna və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər
# 06 aprel 2017 00:12 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibliyi xəbər verib.

Söhbət zamanı Ukraynanın şərqində və Əfqanıstanda vəziyyət müzakirə olunub.

“Liderlər sıx əməkdaşlıq etmək və müxtəlif məsələlərdə fəaliyyətlərinin əlaqələndirilməsi barədə razılığa gəliblər. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar”, məlumatda qeyd olunub.

Qeyd edək ki, ABŞ və Almaniya hərbçiləri təhlükəsizliyin təmin edilməsində Əfqanıstan hökumətinə yardım göstərir. Almaniya isə Fransa, Rusiya və Ukrayna ilə birgə Donbasda münaqişənin nizamlanması üzrə “Normand dördlüyü"nün üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR