“NBC Bank” ötən ili zərərlə başa vurub

“NBC Bank” ötən ili zərərlə başa vurub
# 12 yanvar 2017 11:51 (UTC +04:00)

“NBC Bank”ın aktivlərinin həcmi 2016-cı ilin IV rübündə 158,970 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 18,4% azalaraq 120,975 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 33% azalaraq 67,598 mln. manata çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 42,8% artaraq 52,005 mln. manata çatdığı halda, nizamnamə kapitalı 37,5% artaraq 64 mln. manat təşkil edib.

Ötən il “NBC Bank” 1 mln. 797,5 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR